
«Neftçi»nin Müşahidə Şurasının sədrinin müşaviri Kamil Məmmədov əməliyyat olunub.
Uzun müddətdir dizindəki zədədən əziyyət çəkən tanınmış funksioner cərrahi müdaxiləyə məruz qalıb.
O, bir müddət həkim nəzarətində qalacaq.
K.Məmmədov 2 ildir paytaxt klubunda vəzifə tutur. 25 ilə yaxındır futbol sektorunda çalışan mütəxəssis bu problemlə oyun meydanında üzləşib.
Belə ki, təcrübəli idarəçi minifutbol üzrə Çempionlar Liqasının qalibi olan «Birbaşa»nın kapitanıdır.
SPORTİNFO.AZ