
Tanınmış ukraynalı mütəxəssis Nikolay Pavlov “Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukla bağlı maraqlı fikirlər səsləndirib.
Sportinfo.az xəbər verir ki, o, həmyerlisinin son dönəmlərdəki uğursuz fəaliyyətini yaşı ilə əlaqələndirib.
Pavlov hesab edir ki, Qriqorçuk həm LNZ-də, həm də ondan əvvəl “Neftçi”də məhz bu üzdən istefaya göndərilib:
“Bir məşqçi 60 yaşına yaxınlaşırsa, onu komandaya baş məşqçi təyin etməyin. Bunu öz təcrübəmdən bilirəm.
Bilirəm ki, heç vaxt 50-55 yaşımdaki kimi işləyə bilməyəcəyəm. 60 yaş və ondan yuxarı olanlar gənclər kimi işləyə bilməzlər.
Gənc məşqçilər səhv edəcəklər, amma daha fəal, emosional və məhsuldar işləyəcəklər.
Qriqorçukun fəaliyyətinə baxsaq, təkcə LNZ-də yox, “Çernomorets” və “Neftçi”də də alınmadığını görərik”.
Roman Qriqorçuk ötən ilin iyulunda baş məşqçisi təyin olunduğu “Neftçi”dən oktyabrda istefaya göndərilib.