
“Azarkeşlər “Neftçi” üçün böyük qüvvədir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç deyib.
Monteneqrolu mütəxəssis bildirib ki, “Neftçi”nin azarkeşləri klubda gedən proseslərə təsir imkanına malikdir.
Onun fikrincə, fanatlar onu sevsəydi, “Neftçi”dəki işini davam etdirəcəkdi:
“Bəli, azarkeşlər istəsəydi, rəhbərlik məni klubda saxlayacaqdı.Həyat sürprizlərlə doludur.
Nə vaxtsa yenidən Azərbaycanda işləməyə qarşı çıxmaram. Hər şey ola bilər. Yaşayıb, görərik”.
Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb. 2023-cü ilin dekabrında ölkəmizə gəlib, 2024-cü ilin mayında yola salınıb.
Səbəb birdir - ölkə kubokunda mübarizəni erkən dayandırmış komandanın Premyer Liqada 5-ci pilləni tutaraq, son illər ilk dəfə avrokuboklardan kənarda qalması.