Sabiq "Qarabağ"lı "Neftçi"yə lazımdır?

18 İyun 21:00 Neftçi 1 021
Sabiq "Qarabağ"lı "Neftçi"yə lazımdır?

Transfer bazarında adı ən çox hallanan klub "Neftçi"dir.

Ardıcıl iki mövsümdü uğursuzluq yaşayan kollektiv yenilənir.

Samir Abasov yeni mövsüm üçün öz komandasını qurur.

Və orada yer almağa namizəd olan kimlər yoxdur ki?

Məsələn, ən son "Qarabağ"dan ayrılan Patrik Andradenin əzəli rəqiblə anlaşması barədə mətbuatda iddialar səslənib.

Amma klubdan əldə etdiyimiz məlumata görə, bu iddia həqiqəti əks etdirmir.

Ümumiyyətlə, Abasovun transfer siyahısında sabiq "Qarabağ"lı yer almayıb.

Təcrübəli mütəxəssis nisbət gənc heyət qurmaqda maraqlıdır.

Daha da konkretləşdirəsi olsaq, söhbət 30 yaşın altında olan futbolçulardan gedir.

Kobe Verdeli legioner isə hazırda 33 yaşını qeyd etməyə hazırlaşır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!