"Neftçi"də yeni transferlə bağlı PROBLEM yarandı

19 İyun 21:00 Neftçi 1 153
"Neftçi"də yeni transferlə bağlı PROBLEM yarandı

"Neftçi"nin bütün detallarda razılığa gəldiyi İqor Ribeyro ilə bağlı problem yaranıb.

Düzdü, "Araz-Naxçıvan"ın müdafiəçisi paytaxt klubundan aldığı təklifə şifahi razılıq verib.

Hər şeyin bitdiyini düşünən "ağ qaralar" gözləmədikləri durumla üz-üzə qalıblar.

Belə ki, 28 yaşlı stoper "Neftçi" tərəfinə dönüş edərək şərtlərə yenidən baxılmasını tələb edib.

Braziliyalı legionerin əsas şərti isə daha əvvəl razılıq verdiyi əmək haqqından artıq qazanmaq istəyidir.

Beləcə "Neftçi"nin bitmiş sayılan bu transferi düyünə düşmüş olub.

Tərəflər arasında danışıqlar yenidən aktivləşib.

"Neftçi" tərəfi futbolçunun ilkin danışıqlarda qalması üçün cəhdlər edirlər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!