"Neftçi" daha bir legioneri ilə yollarını ayırdı

16 İyun 2025 20:20 Neftçi 1 861
"Neftçi" daha bir legioneri ilə yollarını ayırdı

"Neftçi"də ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Dembo Darbo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yyayıb.

"Ağ-qaralar" qambiyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

2024-cü ilin avqustunda transfer olunmuş Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti