Emin Mahmudov hamının ondan gözlədiyi qərarı verdi - “Neftçi”də qalır, yoxsa gedir?

13:00 Neftçi 2 115
Emin Mahmudov hamının ondan gözlədiyi qərarı verdi - “Neftçi”də qalır, yoxsa gedir?

2017-ci ildən «Neftçi»nin formasını geyinən Emin Mahmudov gələcəyinə dair fikrini qətiləşdirib.

Yarımmüdafiəçi növbəti mövsümü da ağ-qara formada keçirəcək.

33 yaşlı orta sahə oyunçusu klub funksionerləri ələ görüşəndən və baş məşqçi Samir Abasovla məsləhətləşəndən sonra daha 1 il burada qalmağa razılaşıb.

«Neftçi»də çıxdığı oyun sayına görə rekordçu olan Mahmudov maliyyə şərtlərində də güzəştə gedib. O, aylıq maaşının bir qədər azaldılmasına razılaşıb.

Bununla belə, millinin kapitanı paytaxt təmsilçisinin ən ödənişli oyunçusu ünvanını itirməyib. İllik gəliri 600 min dollar civarında olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti