
Azərbaycan Premyer Liqasında son illər görməyə adət etdiyimiz mövsüm sonundakı tablo yenə pozulmadı.
“Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 12-ci dəfə ölkə çempionu oldu və Çempionlar Liqasında ikinci mərhələdən oynamaq huququ qazandı.
“Sabah” Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasına, çempionatda ikinci yeri tutan ”Zirə” və bürünc medalçı “Araz-Naxcıvan” isə Konfrans Liqasına vəsiqə əldə etdi.
10 komanda arasında ən az xal toplayan “Səbail” I Liqaya yuvarlandı.
İkinci “beşlik”də çoxmilyonluq büdcə ilə fiaskoya uğrayanlar və minimal vəsaitlə premyer liqada qalanlar yer alıb. “Şamaxı”dan başqa bu komandaların hamısında mövüm ərzində baş məşqçi dəyişikliyi oldu.
Hələ 10 il əvvəl “Neftçi”nin vəziyyətinə nəzərən, “bu komandaya 1 ana, 4 bacı lazımdır ki, qabağına qoyub halına ağlasın” deyən rəhmətlik Böyükağa Hacıyev, yaxşı ki, betərin betərini görmədi.
“Neftçi” indi elə durumdadır ki, 10 il əvvəlki halı şükürlüdür! Komandada problem bir deyil, iki deyil...
“Neftçi” bu mövsüm sanki futbol yox, şahmat oynadı. Meydandan kənarda bir-bir fiqurları “qurban” verdi.
İlk “qurban” isvecli idman direktoru Yens Andersson oldu. “Qurban” da necə “qurban”, milyonluq!
2023-ün sentyabrında “Neftci” ilə 2 illik müqavilə bağlayan Yens müəllimin işlədiyi 1 ildə faydasını görmədik.
Özü isə Bakıya gəlişinin xeyrini necə lazımdırsa gördü - 1 ilə təxminən 1 milyon manat qzandı, gedəndə də müqviləsinin qalan 1 ili üçün təzminatı qoparıb getdi.
Bu adam kimin ideyası idi, kimin ağlının məhsulu idi, burada nə işi vardı - bilmədik, Fakt odur ki, 1 qəpik xeyri dəymədiyi “Neftçi”ni azı 1,5 milyon manat xərcə salıb getdi.
Andersson gedəndə mətbuat “Neftçi”ni çempionatdakı nəticəyə görə ağ yuyub, qara səriridi - komanda 6 turda cəmi 4 xal qazanaraq, qələbə üzünə həsrət idi.
Daha 3 tur keçdi, “Neftci” yenə qələbəsiz, axırdan ikinci pillədə idi. Bu dəfə baş məşqçi Roman Qriqorçuk istefa ərizəsini yazmalı oldu.
“Qəbələ”dəki uğurlarıyla ölkəmizdə rəğbət qazanmış ukraynalı mütəxəssis artıq Azərbaycanda “Neftçi”nin fiaskosunda payı olan məşqçi kimi xatırlanır.
Beləcə, “Neftçi”də Samir Abasovun ikinci baş məşqçilik dövrü başladı. Onun gəlişiylə ilk qələbə qazanıldı.
Qriqorçuk dövründə könülsüz oynayanlar, heç oynamayanlar - hamısının ruhu dirçəldi, ayağı açıldı. Samir Abasov 9 oyundan 5 xalla təhvil aldığı “Neftçi”ni sonda 43 xalla 6-cı etdi.
“Qarabağ”dan sonra futbolumuzda ikinci ən zəngin büdcyə - 28 milyon 250 min manata sahib bir klub ücün belə nəticə, sadəcə, rəzalətdir.
Amma burada Samir Abasov o qədər də günahkar deyil. Adam 27 oyuna 38 xal toplayıb, üstəlik, özünün formalaşdırmadığı, əvvəlki məşqçidən miras qalan heyətlə.
Bu mənada Müşahidə Şurasnını 2 həftə əvvəl iclas keçirib, Samir Abasova dəstək verməsi, məncə, düzgün yanaşmadır.
“Neftçi” 2023-cü ilin iyulundan ötən 23 ayda 4 baş məşqçi dəyişib, nəticə də sıfır.
Vaxtilə “Qarabağ” rəhbərliyinin Qurban Qurbanova, “Zirə”nin sahibinin Rəşad Sadıqova cətin dönmdə verdyi dəstəyin effektini görməkdəyik.
Bəlkə “Neftçi” də bir necə aydan bir məşqçi dəyişmək şakərindən əl cəksə, müsbət nəticə olar.
Bu yay “Neftçi”nin avrokubok qayğısı olmadığından, yeni mövsüm ücün indidən qollar çırmalanıb.
Komandaya gəlişindən bəri tənqud olunan Yeqor Boqomolski və Rüstəm Samiqullin, publikaya işləməyi, artistliyi ilə daha cox diqqət çəkən Yuri Matias, həmçinin Azər Əliyev, Azər Salahlı, Rəhman Hacıyev, Höccət Haqverdi, Robert Bauer , Rafael Quzzo - ümumilikdə 9 oyunçu düşərgədən göndərilib.
Bu siyahı qarşıdakı günlərdə arta da bilər. Artıq komandanı Samir Abbasov formalaşdıracaq və yeni mövsümdə nəticəyə görə şəxsən cavab verəcək.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN