
“Turan Tovuz”la icarə müqaviləsi başa çatan İsmayıl Zülfüqarlı “Neftçi”yə qayıdıb.
Lakin bu, o demək deyil ki, paytaxt klubunun yetirməsi olan cinah oyunçusu karyerasını ağ-qara formada davam etdirəcək.
Saytımıza daxil olan məlumata görə, baş məşqçi Samir Abasov İsmayılın xidmətində maraqlı deyil.
“Neftçi”də çalışdığı əvvəlki dönəmdə Zülfüqarlının nəyə qadir olduğunu görən təcrübəli mütəxəssis yeni mövsümdə 24 yaşlı futbolçuya güvənməyəcəyini rəhbərliyə bildirib.
İsmayılın klubla müqaviləsinin olması indiki məqamda onu “ağ-qaralar”ın sıralarında olmağa məcbur edir. Bir məsələ var ki, səbəbkarın xidmətinə ehtiyac duyan başqa klub olsa, hansısa şərtlərlə gedişinə imkan yaradılacaq.
Bu, icarə əsasında ola bilər, birdəfəlik gediş şərti ilə də.
2019-cu ildən əsas komandaya cəlb olunan Zülfüqarlı, “Neftçi”nin heyətində meydana çıxdığı 67 matçda 4 qol, 7 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ