“Neftçi” rəhbərliyi bu addımı atmaq məcburiyyətində - Ya hamını qovacaqlar, ya da... VİDEO

15 İyun 22:55 Neftçi 459
“Neftçi” rəhbərliyi bu addımı atmaq məcburiyyətində - Ya hamını qovacaqlar, ya da... VİDEO

"Yeni mövsüm "Neftçi"də futboldan məsul olan şəxslər üçün son şansdır.

Bu dəfə də transferlər fiasko ilə nəticələnərsə, uğursuzluq olarsa, baş məşqçi Samir Abasov da daxil, ciddi ayrılıqlar yaşana bilər.

Tək çıxış yolu var, o da normal futbol oynayıb, iddialılar sırasında yer almaqdır.

Transfer xətrinə transfer olmamalıdır. Fərqli "Neftçi" görəcəyimizə ümid edirəm".

Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist "Futbol manşet" verilişində "Neftçi"nin transfer siyasətinə toxunub, çatışmayan mövqelərə düzgün transferlərin vacibliyini vurğulayıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 20:00 Çək və bizə göndər!
15 İyun 04:00 Vüqar yaponu döydü