
"Neftçi" transfer çalışmalarını davam etdirir.
Son olaraq klubun Elvin Bədəlovla Murad Xaçayevi heyətinə qatmasını xəbər vermişdik.
Amma ikilinin "ağ qaralar"a keçidi azarkeşlər tərəfindən birmənalı qarşılanmır.
Əsas səbəb isə adıçəkilənlərin uğursuz mövsüm keçirən "Sumqayıt"dan gəlmələridir.
Əsas suallar isə aşağıdakılardı:
Növbəti mövsüm legioner limiti olmayacaqsa, bu çapda yerlilər nəyə lazımdır?
Böyük iddiaları olan klub bu futbolçularla istəyinə çata bilərmi?
Təbii ki, fanatların narahatlığı anlaşılandır.
Yeni mövsüm limit olmayacaq. Amma görünür, fanatlar bir məqamı unudur.
Limitsizlik start heyəti və əvəzetmələrlə bağlıdır.
Oyunun iştirak ərizəsində isə minimum 7 yerli oyunçunun yer alması məcburidir.
Bu gün "ağ qaralar"da neçə azərbaycanlı var?
Emin Mahmudov, Elvin Camalov, Rza Cəfərov, Emil Səfərov, Ramil Şeydayev, Murad Məmmədov və Ağadadaş Salyanski.
Ramil Şeydayevi Samir Abasov bəyənmir.
Yerdə qalır cəmi 6 azərbaycanlı futbolçu. Mövsümün uzun marafon olduğunu nəzərə alsaq, bu sayın yetərli olmadığı dəqiqdir.
Və onunda xüsusi qeyd etmək yerinə düşər ki, yuxarıdakı adların heç biri stoper deyil.
Deməli, yenilərə, həm də məhz bu mövqedə mütləq ehtiyac var. Bəs onlar kimlər olmalıdır?
Bu gün yerli futbolçu qıtlığından hamı xəbərdardır. Seçim məhdudur.
Olan-qalanlardan seçilənlər arasında Bədəlov, Xaçayev ilk sırada gələnlərdi.
Tutaq ki, ikilini bəyənmədik, qaldılar kənarda.
Yerinə kimlərin adını saya bilərik?
Heç ağıla gələcək namizəd yoxdur, hələ qalmışdı seçim edəsən.
Bu gün ölkə futbolunda ən yaxşı stoperlərin siyahısını tutası olsaq, həm Elvin, həm də Bədəlov ilk onluqda yer alacaq. Hətta ilk beşlikdə belə qeyd edə bilərik. Belədə seçimi ideal da olmasa, buna yaxın olduğunu demək olar.
XANOĞLAN İMANOV