"Neftçi" iki yeni yerli futbolçunun transferini tamamladı - SON DƏQİQƏ

13 İyun 09:00 Neftçi 4 482
"Neftçi" iki yeni yerli futbolçunun transferini tamamladı - SON DƏQİQƏ

Yenilənən Neftçi" transfer çalışmaları aktiv sürətlə davam edir.

Bakı təmsilçisi Sessi D'Almeydanın ardınca daha iki futbolçunun keçidini həll edib.

Söhbət son mövsümü "Sumqayıt"da keçirən Elvin Bədəlovla Murad Xaçayevdən gedir.

Hər iki mərkəz müdafiəçisi ilə bütün detallarda razılıq əldə olunub.

İkili yeni mövsümdən yaxşı tanıdıqları Samir Abasovun sərəncamında olacaq.

Adıçəkilənlər dünən günün ikinci yarısında "Kimyaçılar"ın düşərgəsinə baş çəkib.

Bütün kollektivlə sağollaşaraq klubla vidalaşıblar.

Həm Bədəlov, həm də Xaçayev 2019-cu ildən "Sumqayıt"ın formasını geyinirdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!