"Neftçi" bu futbolçu üçün Avropa təmsilçisinə təklif göndərdi - SON DƏQİQƏ

4 İyun 20:00 Neftçi 3 865
"Neftçi" bu futbolçu üçün Avropa təmsilçisinə təklif göndərdi - SON DƏQİQƏ

"Neftçi"nin transfer siyahısında olan növbəti futbolçunun kimliyi məlum olub.

Əldə etdiyimiz məlumata görə, "ağ qaralar" Takuto Oshimanın xidmətində maraqlıdır.

Paytaxt klubu adıçəkilən əcnəbi üçün klubuna rəsmi təklif göndərib.

Tərəflər arasında razılıq əldə olunsa, asiyalı futbolçu "Neftçi"nin şərəfini qoruyacaq.

27 yaşlı yaponiyalı Rumıniya təmsilçisi "Universitate Krayova"da forma geyinir.

Bu mövsüm meydana çıxdığı 25 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Dayaq yarımmüdafiəçisi Rumıniyadan başqa Polşa və Slovakiyada da legioner həyatı yaşayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu