RƏSMİ XƏBƏR – “Neftçi”dən göndərilən oyunçuların sayı 9-a çatdı

4 İyun 13:20 Neftçi 1 646
RƏSMİ XƏBƏR – “Neftçi”dən göndərilən oyunçuların sayı 9-a çatdı

"Neftçi” bu gün daha iki futbolçu ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Almaniyalı mdafiəçi Robert Bauer və portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub hər iki iki futbolçuya gələcək karyeralarında uğurlar arzulayıb.

Hər iki futbolçu "Neftçi"yə 2024-cü ilin yayında keçmişdilər. Bauer 3 illik, Quzzo isə 2 illik müqavilə imzalamışdı.

“Neftçi” onlardan öncə 7 futbolçu ilə vidalaşıb.

Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdi ilə müqavilə yenilənməyib.

Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah”a qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu