“Neftçi” PSJ-nin eks oyunçusu ilə anlaşdı - Qazanacağı pulu görün…

4 İyun 13:00 Neftçi 5 483
“Neftçi” PSJ-nin eks oyunçusu ilə anlaşdı - Qazanacağı pulu görün…

"Neftçi” transfer bazarında irəliyə doğru ilk addımı atmağa hahzırlaşır.

Sessi Almeyda bu məqsədlə Bakıya dəvət olunub.

29 yaşlı fransalı ilə 2+1 illik müqavilə imzalanması razılaşdırılıb. Yarımmüdafiəçi Azərbaycanda keçirəcəyi hər mövsümə görə 250-300 min avro civarında pul qazanacaq.

Tam adı Sessi Oktave Emile d Almeida olan legioner Bordoda dünyaya gəlib.

Futbolda ilk addımlarını şəhərin eyni adlı komandasında atıb. “Bordo”nun əsas heyətində 3 matça çıxıb. 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib.

Daha sonra “Barnsli”, “Blekpul”, “Yeovil” (hamısı İngiltərə), “Valensienn” (Fransa), “Tondela” (Portuqaliya), “Pau FC” (Fransa) kimi komandalarda çıxış edib.

Son olaraq “Apollon Limassol”da tər töküb.

Həm Fransa, həm də Benin pasportuna malikdir. 2015-ci ildən Afrika təmsilçisinin yığmasında çıxış edir. O, Benin millisində 34 matçda 1 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu