Sən bir işə bax! “Neftçi”dən xanımının istəyi ilə gedir

3 İyun 2025 13:20 Neftçi 3 305
Sən bir işə bax! “Neftçi”dən xanımının istəyi ilə gedir

“Neftçi” qambiyalı hücumçu Dembo Darbo ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, forvard əvvəllər də çıxış etdiyi Belarusa qayıdır.

O, ölkənin “Dinamo” (Brest) klubunun maraq dairəsindədir.

Amma Darbonun ora qayıtmasına başqa səbəb isə həyat yoldaşının Brest şəhərindən olmasıdır. Forvard Belarus klubunun təklifini bu səbəbdən qəbul etmək niyyətindədir.

Onun keçidinin yaxın günlərdə açıqlanacağı bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti