“Neftçi”nin baş məşqçisi onu bölgə klubuna buraxacaq? – Cavab gözləyirlər

2 İyun 20:40 Neftçi 2 280
“Neftçi”nin baş məşqçisi onu bölgə klubuna buraxacaq? – Cavab gözləyirlər

Premyer Liqanı dördüncü pillədə başa vuran “Turan Tovuz”da köklü islahatlar gözlənilmir.

Baş məşqçi əsasən “11-lik”də möhkəmlənə bilməyən futbolçularla yolların ayrılmasında maraqlıdır.

Bölgə təmsilçisi ilə sözləşməsinin müddəti başa çatan Sadiq Quliyev, Eltun Turabov, İvan Konovalov və Anton Kraçkovski növbəti “futbol ili”ndə Tovuzda qalmayacaq.

Daha bir ayrılıq İsmayıl Zülfüqarlı ilə bağlı ola bilər.

İş burasındadır ki, cinah oyunçusu müqavilə ilə “Neftçi”yə məxsusdur. Onun “Turan Tovuz”la icarə anlaşmasının müddəti mövsümün sonuna qədər idi.

İndi əsas söz sahibi Samir Abasovdur. “Ağ-qaralar”ın baş məşqçisi İsmayılı sərəncamında görmək istəsə, karyerasını “Neftçi”də davam etdirməli olacaq.

Əks halda, yenidən icarəyə yollanması və ya “Turan Tovuz”la müqavilə bağlaması yolunda əngəl qalmayacaq. Təbii ki, Kurban Berdıyev müdafiənin sol cinahı üçün başqa namizədi gözaltı etməyibsə.

Zülfüqarlı başa çatan mövsümdə qərb təmsilçisi heyətində meydana çıxdığı 33 oyunda 3 assistlə fərqlənib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti