
Roman Qriqorçukun ölkəmizdəki ikinci dönəmi fiasko ilə yadda qaldı.
Ukraynalı mütəxəssis milyonlar qarşılığında özünün yığdığı heyətlə heç nəyə nail ola bilmədi.
Halbuki uğur qazanması üçün ona hər bir şərait yaradılmışdı.
Bütün istək və tələbləri qarşılanmışdı.
Əvəzində "Ağ qaralar"ın baş məşqçi postunda cəmi 9 tur duruş gətirən tanınmış əcnəbi aktivinə 1 qələbə belə yazdıra bilmədi.
Təəssüf ki, bütün bunların fonunda Qriqorçuku yenə müdafiə edənlər vardı.
Ki, o güclü mütəxəssisdir, sadəcə "Neftçi"də işləməsinə imkan verilmədi.
Tutaq ki, "Neftçi"də imkan verilmədi, bəs son iş yeri olan LNZ-də uğurlu olmasına kimlər mane oldu?
Ukrayna təmsilçisi onun rəhbərliyi altında uğursuzluq yaşadığı üçün Roman Qriqorçuku istefaya göndərib.
Bir sözlə, 60 yaşlı mütəxəssis ardıcıl ikinci iş yerindən də qovulub.
Sonuncu klubu LNZ-də yaşananlar bir daha göstərdi ki, bu mövsüm paytaxt klubunun başına gələ müsibətlərin əsas günahkarı elə Qriqorçuk özüdür.
Ukrayna millisinin sabiq baş məşqçisi Yozef Sabo “Qəbələ”nin və “Neftçi”nin keçmiş çalışdırıcısı Roman Qriqorçuk barədə dediyi maraqlı fikirlər də bunu təsdiqləyir.
O da son olaraq ölkəsində LNZ-i çalışdırmış həmyerlisini güclü mütəxəssis hesab etmədiyini bildirib:
“LNZ-in heyətində indikindən daha yaxşı çıxış edəcək səviyyədə futbolçular var. Sadəcə, onları bir araya toparlamaq və düzgün taktika tətbiq etmək lazımdır.
Ancaq biz orada bu baxımdan çox sayda səhvlər görürük. Bəs məşqçi korpusu nə işlə məşğuldur?
Qriqorçuk gələn kimi komandanı gücləndirəcək qədər böyük məşqçi deyil”.
XANOĞLAN İMANOV