
Bu mövsümü “Turan Tovuz”da keçirmiş İsmayıl Zülfüqarlının yeni mövsümə harada başlayacağı hələlik dəqiq deyil.
Sportinfo.az xəbər verir ki, Tovuz klubunda icarə əsasında oynamış müdafiəçi yeni mövsümün toplanışı zaman “Neftçi”yə qoşulacaq.
“Ağ-qaralar”la hələ bir illik müqaviləsi qüvvədə olan Zülfüqarlının 2025/2026 mövsümünə hansı komandada başlayacağı rəhbərliklə danışıqdan sonra bəlli olacaq.
“Turan Tovuz” da öz növbəsində Zülfüqarlını yenə icarəyə götürmək niyyətindədir.