Transferlərdə Samir Abasovun sözü, təklifləri keçəcəkmi? - VİDEO

30 May 14:20 Neftçi 688
Transferlərdə Samir Abasovun sözü, təklifləri keçəcəkmi? - VİDEO

“Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində “Neftçi”nin son durumu masaya yatırılıb.

Belə ki, tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında yayımlanan verilişdə baş məşqçi Samir Abasov, seleksiya işləri və s. məsələlər müzakirə edilib, komandanı sancılı dönəmin gözlədiyi diqqətə çatdırılıb:

“Düzünü desək, “Neftçi”ni çətin proses gözləyir. Samir Abasovu yeri gələndə çox tənqid edirik haqlı olaraq.

Media ilə ünsiyyəti, naşı açıqlamaları ilə gündəm yaradır. Ünsiyyət məsələsində redaktələrə ehtiyac var.

Seleksiya məsələlərində istiqamət necə olacaq? Seçimlərdə baş məşqçinin sözü, təklifləri keçəcəkmi?

Bəzi futbolçular var ki, onlar “Neftçi” formasının ağırlığını daşımağa layiq deyillər. “Neftçi” 12 komanda içərisində işi ən çox çətin olandır”.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir.

Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti