Növbəti mövsümü “Neftçi”də keçirməyəcək - Əcnəbi hücumçu

01:00 Neftçi 1 581
Növbəti mövsümü “Neftçi”də keçirməyəcək - Əcnəbi hücumçu

Yay fasiləsində heyətində ciddi islahatlar aparacaq “Neftçi”ni tərk edəcək futbolçulardan biri məlumdur.

Sportinfo.az Belarus mətbuatına istinadən xəbər verir ki, hücumçu Yeqor Boqomolski növbəti mövsümü “ağ-qaralar”da keçirməyəcək.

Uğursuz mövsüm keçirən paytaxt klubunda əsas heyətdə heç cür özünə yer edə bilməyən 24 yaşlı forvard artıq baş məşqçi Samir Abasova lazım deyil.

Bu səbəbdən onunla iyunun 30-da başa çatacaq müqavilənin yenilənməməsi qərara alınıb. Boqomolski komandanı azad agent kimi tərk edəcək.

Yeqor Boqomolski 2022-ci ilin yayından “Neftçi”nin formasını geyinir. Hətta onun son bir neçə turu gözləmədən, klub rəhbərliyndən razılıq alaraq vətəninə getdiyi deyilir.

Digər Xəbərlər
Xəbər Lenti