
“Yay istirahəti ilə bağlı heç bir planım yoxdur. Bakıda qalacam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin ukraynalı vingeri Andrey Ştoqrin deyib.
Mövsüm başa çatdığından, əcnəbi futbolçular vətəninə yollanıb yaxınlarına baş çəkir. Dincəlmək üçün dünyanın kurort şəhərlərini seçənlər də az deyil.
Ştoqrin saytımızın “sən hara gedəcəksən” sualını bu cür cavablandırıb:
“Hara gedim? Hara gedə bilərəm ki?
Ukraynadakı vəziyyət hamıya məlumdur. Müharibə şəraitinə görə ölkəyə girib-çıxmaq ciddi problemdir.
Keçən ilin yayından bu yana Ukraynaya gedə bilmirəm. Doğmalarım və əzizlərimlə ancaq videozəng vasitəsi ilə danışırıq.
Bu gün üçün yeganə çıxış yolu budur. Gələcəkdə necə olacağını Allah bilir.
Bakıda istirahət edəcəyəm. Bir neçə günlük başqa ölkəyə yollanmaq mümkündür.
Lakin hazırda heç bir planım yoxdur. Uğursuz mövsüm keçirməyimiz dincəlməyə imkan vermir”.
2024-cü ilin yayında keçmiş baş məşqçi Roman Qriqorçukun istəyi ilə “Neftçi”yə transfer olunan 26 yaşlı futbolçu ağ-qara formada meydana çıxdığı 29 oyunda 3 qol və 2 assistlə yadda qalıb.
HƏBİB