“Mən komandada 11-12 legionerdən güclüyəmsə, mütləq heyətdə olacam”

20 May 2025 16:00 Neftçi 1 465
“Mən komandada 11-12 legionerdən güclüyəmsə, mütləq heyətdə olacam”

Növbəti mövsümdən etibarən Premyer Liqada legionerlərə limit tətbiq olunmayacaq.

AFFA İcraiyyə Komitəsinin qərarı ikili fikirlər formalaşdırıb.

Bunun yerli futbolçuların xeyrinə olacağını düşünənlərlə yanaşı, əksini iddia edənlər də var.

«Neftçi»nin yarımmüdafiəçisi Murad Məmmədov Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:

«Futbolda heç bir güzəştdən söhbət gedə bilməz. İstər yerli olsun, istərsə də legioner. Kim güclüdürsə, o da oynayacaq.

Komandada 11-12 legioner olsun, mən onlardan güclüyəmsə, mütləq heyətdə olacam. Çünki heç bir məşqçi güclünü qoyub zəifi oynatmaz.

Ancaq o başqa məsələ ki, bu qərardan sonra yerli futbolçular üçün çətin olacaq. Çünki əsas heyətə düşmək üçün iki qat, üç qat əziyyət çəkməli olacağıq.

Qərarın mənfi, yoxsa müsbət təsir göstərəcəyini birmənalı demək olmur. Plan həyata keçməlidir ki, nəticəsini görək. Hər bir halda zamana bağlı olacaq.

Şəxsi fikrimi bilmək istəyirsizsə, limitin aradan qaldırılmasını dəstəkləmirəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti