“Neftçi” millinin müdafiəçisini geri qaytarmaq üçün bu qədər maaş verməlidir

14:00 Neftçi 1 742
“Neftçi” millinin müdafiəçisini geri qaytarmaq üçün bu qədər maaş verməlidir

Millinin müdafiəçisi Elvin Bədəlov «Neftçi» ilə danışıqlara başlayıb.

Bakılıların baş məşqçisi Samir Abasov köhnə tanışını yenidən öz sərəncamında görməkdə israrlıdır.

Elə 29 yaşlı arxa xətt oyunçusu da keçmiş klubuna qayıtmağa can atır.

«Zenit»in yetirməsi 2014-2017-ci illərdə ağ-qara formanı geyinib. Daha sonra Avstriyaya yollanaraq, «Qarabağ-Vyana»nın uğurları üçün tər töküb.

2018-cu ildə Azərbaycana dönərək, «Sabah»la müqavilə bağlayıb. Növbəti ilin yayında isə «Sumqayıt»ın dəvətini qəbul edib və həmin tarixdən bəri buradadadır.

Elvin bu mövsüm «kimyaçılar»dan 13000 manat maaş alıb. Onun «Neftçi»dən istədiyi əməkhaqqı bundan çoxdur.

Samir Abasov «Sumqayıt»da bərabər çalışdığı yığmanın üzvünün «Neftçi»yə dönüşünü reallaşdırmaq üçün rəhbərliyi ona 20 min manat əməkhaqqı ödəməyə razı salmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti