
«Neftçi» rəhbərliyi ilə Emin Mahmudov arasında danışıqlar başlayıb.
Samir Abasov klub funksionerlərindən sabiq kapitanın düşərgədə saxlanılmasını istəyib.
33 yaşlı yarımmüdafiəçi 2017-ci ildən ağ-qara formanı geyinir. Paytaxt təmsilçisinin tarixinə ən çox oyun keçirmiş futbolçu kimi düşmüş Mahmudovun cari müqaviləsi iyunda başa çatacaq.
2023-cü ilin yayında imzalanmış sonuncu kontrakt 2+1 illik nəzərdə tutulub. Həmin sözləşməyə əsasən, tərəflər yenidən bir araya gəlməli, maliyyə şərtlərini müzakirə etməlidir. İndi də görüşmiələr elə bu yöndədir.
SPORTİNFO.AZ