"Neftçi"dən ayrılacaq futbolçuların daha birinin kimliyi məlum olub.
Bu, mərkəz müdafiəçisi Höccət Haqverdidir.
Onunla başa çatan müqavilə yenilənməyəcək.
Milli komandanın da şərəfini qorumuş arxa xətt oyunçusuna bu barədə məlumat verilib.
"3 nömrə" 2023-cü ilin yayından "ağ qaralar"ın şərəfini qoruyur.
Arxada qalan müddətdə Höccət Bakı klubunda 77 matç keçirib.
O, ölkəmizdə daha əvvəl "Sumqayıt"ın formasını geyinib.
"Kimyaçılar"a qədərki karyerasını isə yalnız İranla bağlı olub.
SPORTİNFO.AZ

