“Neftçi” hirsini onların “üstünə tökdü”... VİDEO

18 May 2025 22:05 Neftçi 978
“Neftçi” hirsini onların “üstünə tökdü”... VİDEO

Azərbaycan Premyer Liqasının XXXV turunda “Neftçi” “Səbail”ə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

“Ağ-qaralar”ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik “dənizçilər” sonuncu - onuncudur.

"Neftçi" - "Səbail" 3:0

Qollar: Dembo Darbo, 1; Ağadadaş Salyanski, 25; Əlirza Müştəbazadə, 79 (ö.q.)
Bakı. “Neftçi Arena”, 800 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Şirmamed Mamedov
Dördüncü hakim: Emin Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev

Sarı vərəqələr: Emin Rüstəmov, 35 (qeyri-idman hərəkəti); Hacıəli Şirəliyev, 46 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.

“Neftçi”: 1. Emil Balayev (k) 10. Filip Ozobiç (17. Rəhman Hacıyev, 55) 8. Emin Mahmudov (78. Elcan Əbilov, 82) 91. Ağadadaş Salyanski (90. Ramil Şeydayev, 64) 14. Edvin Kuç 99. Ervin Koffi 23. Robert Bauer (88. Andrey Ştoqrin, 55) 24. Mustafa Sek 9. Bassala Sambu 22. Dembo Darbo (47. Murad Məmmədov, 64) 11. Aleks Fernandes
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samigullin 19. Azər Salahlı 18. Ryonosuke Ohori
Baş məşqçi: Samir Abasov

“Səbail”: 12. Əlirza Müştəbazadə 22. Mirabdulla Abbasov (99. İnnosent Nşuti, 31) 96. İlkin Muradov (97. Oruc Məmmədov, 79) 74. Yusif Nəbiyev (k) (67. Rəvan Abasov, 46) 18. Süleyman Əhmədov (88. Hacıəli Şirəliyev, 46) 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev (5. Gitay Sofir, 79) 16. Emin Rüstəmov 3. Dmitro Litvin 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 77. Fərid Nəbiyev 89. Ömər Qurbanov 8. Qorka Laruçça 44. Amir Bilali 4. Marko Nikoliç
Baş məşqçi: Əbdülqəni Nurməmmədov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti