"Neftçi"nin baş məşqçisi: “Məncə, artıq gecdir”

19:40 Neftçi 254
"Neftçi"nin baş məşqçisi: “Məncə, artıq gecdir”

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 35-ci turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- "Səbail"ə qarşı evdəki hər iki oyunda yaxşı oynadız. Digər matçlarda da bu cür yaxşı oynamağınıza nə mane oldu?

- O vaxtı yeni gəlmişdik, futbolçularda əhval-ruhiyyə fərqli idi. İndi də çox rahatçılıq var idi. Bunun fonunda da çox şey alındı. Elə matçlar var idi ki, bundan da yaxşı oyunlar göstərmişdik. Elə son matçlara baxsaq, “Turan Tovuz”la oyunu xatırlayıram. Nə çatmadı? Elə həmin şeylər çatmırdı ki, istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə məcbur edir. Bu çatışmazlıqlar üzərində işləyiirik. Yeni mövsüm başqa komanda olmağa məcburuq. Çatışmazlıq məsələsi....Gərək bütün oyunları xatırlayaq. Məncə, artıq gecdir.

- Düşünmürsüz ki, kubokda finala oynamaq üçün çempionatı qurban verdiz?

- Biz kubok və çempionatı bölməmişdik. Anlayırıq ki, hansı klubdayıq, hər bir oyunun məsuliyyəti var. Əlimizdə sırf kuboku tutub, çempionata başqa motivasiya ilə çıxmırdıq. Vallah, yox idi. Sadəcə, şanssızlıq oldu. Sonda şansımız kubokda idi. Ona başqa cür hazırlaşdıq. Futbolçular da onu da çıxış yolu kimi görmüşdülər. “Sabah”la görüşə də yaxşı başladıq, epizodları vursaydıq, finalda biz oynayardıq. Kubok və çempionatda ayrıseçlik etmədik, bundan sonra da etməyəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti