
“İlk dönəmləri uyğunlaşmaya sərf etdim.
Önəmli olan mühitə alışmaq və ilk qolu vurmaq idi”.
“Neftçi”nin qış fasiləsində heyətinə qatdığı Bassala Sambu Sportinfo.az-a ölkəmizdəki günləri barədə danışıb.
İngiltərə vətəndaşlığını daşıyan hücumçu ilk dönəmlərdə uyğunlaşmaqda çətinlik çəksə də, artıq özünü “suda balıq” kimi hiss edir.
Bakılıların “9 nömrə”si komandasına fayda verdiyinə görə məmnundur. Lakin vurduğu qolların sayının bacarığı ilə üzlaşmaması qənaətindədir:
“Məqsədim vurduğum qollarla adımı azarkeşlərin qəlbinə yazdırmaq və “Neftçi”nin qələbələrinə kömək etməkdir. İnanın, daha yaxşısını edə bilmək üçün səylə çalışıram.
Bu, belə də davam edəcək. Şəxsi limitimin geniş olduğunu düşünürəm.
Baş məşqçimizdən hədsiz inam görürəm və bundan güc alıram. Komandamızın işləri yaxşı getdikcə, vuracağım qolların sayı da artacaq.
Dörd qol hücumçu üçün azdır. Əmin olun ki, daha yaxşı işlər görməyə qadirəm”.
Bassala Sambu ağ-qara formada meydana çıxdığı 12 oyunda 4 qol və 2 assistlə yadda qalıb.
HƏBİB