“Neftçi” rəhbərliyi qollarını çırmaladı - Təzminat istəməyin, qoy, bizdə qalsın!

15:15 Neftçi 524
“Neftçi” rəhbərliyi qollarını çırmaladı - Təzminat istəməyin, qoy, bizdə qalsın!

Hazırda "Neftçi"də icarə əsasında çıxış edən Aleks Fernandesin müqavilə üzrə məxsus olduğu "Baltika" vaxtından əvvəl Rusiya Premyer Liqasına vəsiqə qazanıb.

Kalininqrad klubu sona 2 tur qalmış I Liqada çempionluğu təmin edib.

"Neftçi" 23 yaşlı sağ cinah yarımmüdafiəçisini qışda 6 aylıq icarəyə götürülüb. Razılaşmaya görə, Azərbaycan təmsilçisi Fernandeslə icarə müqaviləsini daha 6 ay uzada bilər.

Bunun üçün qarşı tərəfə təzminat ödənilməlidir. Həmin məbləğ isə 100 min dollardan yüksəkdir.

"Baltika"nın Rusiya Premyer Liqasına yüksəlməsi Fernandesin "Neftçi"dəki gələcək karyerasını sual altına alırmı?

Azərbaycan Premyer Liqasında 11, ölkə kubokunda 3 oyuna çıxan və 1 qol vuran braziliyalı, əslində, Samir Abasovun ürəyindən xəbər vermir.

Baş məşqçi cənubi amerikalının geridə qalan müddətdəki performansından o qədər də məmnun deyil. "Sambaçı"nın qeyri-sabit oyun sərgiləməsi yerli mütəxəssisi qayğılandırır.

Funksionerlər isə Fernandesi burada saxlamaq niyyətindədir. Onlar artıq "Baltika" mənsubları ilə təmasa keçib. Məqsəd anlaşma şərtlərinə yenidən baxmaq, orada göstərilən təzminat şərtini ləğv etməkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti