"Neftçi"də bu gün - Üç yerli və iki legioner...

09:25 Neftçi 195
"Neftçi"də bu gün - Üç yerli və iki legioner...

"Neftçi" Premyer Liqanın 35-ci turunda “Səbail”lə matçın hazırlığını başa çatdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

"Neftçi"nin futbolçuları Emil Səfərov, Rafael Quzzo, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Mayın 18-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 17:00-da başlanacaq

Digər Xəbərlər
Xəbər Lenti