"Neftçi"də "qara siyahı"ya düşən əcnəbi ilə bağlı PROBLEM

17 May 22:20 Neftçi 488
"Neftçi"də "qara siyahı"ya düşən əcnəbi ilə bağlı PROBLEM

"Neftçi"də ayrılıq dalğası davam edir.

Gedənlər arasında Rafael Quzzo da yer ala bilər.

Baş məşqçi Samir Abasov onun xidmətində maraqlı deyil.

Tez-tez zədələr alan portuqaliyalı yarımmüdafiəçinin performansı təcrübəli mütəxəssisi razı salmır.

Amma onun yola salınması heç də asan olmayacaq.

Ötən yay transfer edilən "6 nömrə" ilə müqavilə müddəti 2 illik nəzərdə tutulub. Anlaşmanın bitməsinə isə hələ 1 il var.

Futbolçu ilə dil tapmaq mütləqdir. Bu yöndə danışıqlar artıq başlanıb.

29 yaşlı futbolçunun "Neftçi"yə kimi çıxış etdiyi son klub "Şaves" olub. Bundan başqa, o, Portuqaliyanın "Tondela", "Famalikano" klublarında da çıxış edib. Quzzo İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında legioner həyatı yaşayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti