
"Neftçi"nin yetirmələrindən Murad Məmmədovun icarə əsasında "Şamaxı"nın formasını geyinməyə razılaşdığını xəbər vermişdik.
Amma "şirlər"in xidmətində maraqlı olduğu digər gənclə bağlı istəyi baş tutmayacaq.
Söhbət Ağadadaş Salyanskidən gedir.
"Ağ qaralar" forvardın yeni mövsümdə də komandada qalmasını istəyir.
20 yaşlı hücumçu bu mövsüm 22 oyun keçirib.
O, həmin qarşılaşmalarda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ