“Neftçi” okeanın o tayında tapılan hücumçunu transfer edəcəkmi?

14:00 Neftçi 960
“Neftçi” okeanın o tayında tapılan hücumçunu transfer edəcəkmi?

“Neftçi”nin Xon Kordoba ilə maraqlanması haqda iddialar yayılıb.

Sosial şəbəkələrdə tirajlanan xəbərə görə, kolumbiyalı hücumçu paytaxt təmsilçisinin tranfser siyahısında yer alıb.

Hazırda karyerasını ölkəsində davam etdirən 24 yaşlı forvard “Milonarios”un formasını geyinir.

Onun kontraktı gələn ay başa çatacaq. Bakılıların karyerası ərzində 160 matçda 29 qol vuran və 15 assist edən cənubi amerikalının keçidini yaxın günlərdə reallaşdıracağı bildirilir.

Saytımız bu informasiyanı dəqiqləşdirməyə çalışıb.

“Neftçi”dən redaksiyamıza daxil olan məlumata görə, adıçəkilən qolçu menecerlər tərəfindən kluba təklif edilib.

Samir Abasov Kordoba barədə bir qədər məlumat toplayıb. Sadəcə, baş məşqçi ondan daha yaxşı variant tapacağı ümidi ilə bu transferi ikinci planda saxlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti