“Neftçi”yə gəldiyim gündən gördüyüm ən böyük problem…”

16 May 2025 10:40 Neftçi 1 932
“Neftçi”yə gəldiyim gündən gördüyüm ən böyük problem…”

«Qələbə qazananda, hər şeyi rahat danışmaq olur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin yarımmüdafiəçisi Edvin Kuç deyib.

Premyer Liqanın ötən turunda «Turan Tovuz»a səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçdan danışan monteneqrolu legioner bunları söyləyib:

“Bir neçə futbolçumuz oyunda iştirak etmirdi. Sanki komanda onlarsız daha effektlidir?

Xeyr! Mən belə düşünmürəm.

Çünki hər bir futbolçu “Neftçi”yə kömək etmək istəyir. Bura gəldiyim gündən ən böyük problem zədəli futbolçuların çox olmasıdır.

Baş məşqçi heyəti quranda çox əziyyət çəkir. Statistikaya baxın, cari mövsümdə ardıcıl 3 oyunu eyni heyətlə oynaya bilməmişik. Hər dəfə itkilər olur“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti