O, “Neftçi”də qalmaq istəyir: “Bu komandanın potensialı var”

15 May 22:20 Neftçi 223
O, “Neftçi”də qalmaq istəyir: “Bu komandanın potensialı var”

“Turan Tovuz” barədə pis söz deyə bilmərəm.

Dördüncü pillədə yer alıb, avrokuboklara vəsiqə üçün mübarizə aparır, ancaq bu gün rəqibi bütün komponentlərdə üstələdik”.

Bu sözlərin müəllifi “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuçdur.

Monteneqro millisinin də şərəfini qoruyan futbolçu Sportinfo.az-a açıqlamasında növbəti mövsümdə daha yaxşı işlər görə biləcəklərindən danışarkən, indiki heyətlə uğura çatmağın mümkünlüyünü qeyd edib.

O, nümaunə kimi səfərdə qazanılan qələbəni göstərib:

“Futbolçular bacarıqsız olsaydı, “Turan Tovuz“ kimi çətin rəqibi süni örtüklü meydanda məğlub edə bilməzdik.

Deməli, bu komandanın potensialı var. Bizim ən böyük problemimiz zədəli futbolçuların çoxluğu idi. Tam heyətlə hazırlaşa bilmirdik, məşqçilər heyəti hər dəfə rotasiyalar edirdi”.

Kuç ağ-qara formada özünü xoşbəxt hiss etdiyini və burada qalmaq istədiyini gizlətməyib:

“Neftçi”də hər şey məni qane edir. Narahat olduğum yeganə məqam mövsümü uğursuz başa vurmağımızdır.

Çünki bura titul qazanmaq üçün gəlmişəm. Karyeramda bir çox uğurlarım olub. “Neftçi”ylə də qazanmaq istəyirəm.

Bunun üçün mövsümü qələbələrlə başa vurub, növbəti “futbol ili”nə pozitiv əhval-ruhiyyədə başlamalıyıq”.

Oktyabrda 32 yaşı tamam olacaq futbolçu “Balkani”də oynadığı 5 il ərzində 3 dəfə Kosovo çempionu olub, 1 dəfə ölkə kubokunun, 1 dəfə superkubokun qalibi adını qazanıb.

Edvinin “ağ-qaralar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 May 11:00 İş var, güc var!