Legionerlər niyə “Neftçi”yə “yox”, “Zirə”yə “hə” deyirlər? - VİDEO

14:40 Neftçi 312
Legionerlər niyə “Neftçi”yə “yox”, “Zirə”yə “hə” deyirlər? - VİDEO

“Çox təəssüflər olsun ki, hazırda Azərbaycanda müxtəlif klublarda forma geyən legionerlər “Neftçi”dən gələn transfer təklifinə isti yanaşmırlar.

Onlardan biri də “Şamaxı”dan ayrılan fransız Brahım Konatedir.

Yarımmüdafiəçi “Zirə”dən gələn təklifə “hə” deyib. “Zirə” bu çempionatın nümunə komandasıdır.

Kollektiv necə formalaşdırıla bilər, bir neçə ilə bu səviyyəyə gəlib çatmaq olar - göstərməkdədirlər.

Salifu Suma ilə Cibrila İssa “Zirə”də tanındılar, Rəşad Sadıqov onları tanıtdırdı.

Seleksiya baxımından “Zirə”dən nümunə götürülməlidir”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış aparıcılar Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında yayımlanan verilişdə “Zirə”nin mövcud durumu dəyərləndirilib, “Neftçi”də transfer periodunda yaşanan çətinliklərdən danışılıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti