
"Tanımayan elə bilər ki, Samir Abasovun dediyi futbolçu Mbappedir".
Bu sözlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.
ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı "Neftçi"nin baş məşqçisinin Bassa Sambu ilə bağlı mövqeyini tənqid edib.
O bildirib ki, "ağ-qaralar"ın ölkə kubokunun finalına vəsiqə qazanmaması ingiltərəli hücumçunun yoxluğu ilə bağlı olmayıb.
Rzayev deyib ki, britaniyalı ortabab oyunçudur və ondan gözləntilər böyük olmamalıdır.
Aparıcının fikrincə, Abasov Sambunun səviyyəsini bu qədər şişirtməməli, onu Mauro İkardi və Kilian Mbappe zənn etməməlidir:
"Onu "Kəpəz"lə oyunda gördük. Sambu meydanda idi, nə etdi? Heç nə".
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN