“NEFTÇİ”: Baş məşqçi 10 nəfərin yer aldığı “qara siyahı”ni masanın üzərinə qoydu

11:40 Neftçi 1 522
“NEFTÇİ”: Baş məşqçi 10 nəfərin yer aldığı “qara siyahı”ni masanın üzərinə qoydu

«Neftçi»nin bu yay aparmaq istədiyi islahatların miqyası bəlli olub.

Samir Abasov mövsüm başa çatan kimi ən azı 10 futbolçunun birdəfəlik yola salınmasını istəyib.

Bu barədə paytaxt klubundan məlumat əldə etmişik.

Redaksiyamıza daxil olan informasiyaya görə, baş məşqçinin hazırladığı «qara siyahı» artıq rəhbərliyinin masasının üzərindədir.

Ötən ilin oktyabrında işə başlamış mtəxəssisin xidmətinə maraq duymadığı oyunçuların əksəriyyəti legionerlərdir. O, 3 yerlinin də komandaya artıqlıq etməsi qənaətindədir.

Rəsmilər Abasovun fikirlərini nəzərə alaraq, onlardan bir neçəsi ilə danışıqlara başlayıb. İyunun ilk ongünlüyü ərzində bu prosesin tamamlanması gözlənilir.

«Ağ-qaralar»ın başbilənləri hazırkı çalışdırıcının arxasındadır. Komandanın bu mövsüm heç bir nəticə qazanmamasına, avrokuboklardan kənarda qalmasına baxmayaraq.

Samir Abasov transfer və seleksiya işində tam sərbəstlik tanınıb. Onun qarşısına «Neftçi»ni yenidən beynəlxalq arenaya qaytarmaq məqsədi qoyulub.

SPORTİFNO.AZ

Digər Xəbərlər
Xəbər Lenti