“Neftçi” cari mövsümdə bunu da gördü - Əyalətdən FOTOLAR

11 May 22:30 Neftçi 440
“Neftçi” cari mövsümdə bunu da gördü - Əyalətdən FOTOLAR

Son 3 turda qələbəyə həsrət qalan “Neftçi” Tovuzda yerli komandanın qonağı olub.

Azarkeşləri cari mövsümdə ilk dəfə sevimli komandanı səfərdə tək qoyub.

Əvvəlki görüşlərdə inciklik olsa da, “Forza Neftçi”nin üzvləri tribunadakı yerini tuturdu.

Lakin bu dəfə Tovuz şəhər stadionunda qonaqlar üçün ayrılmlş sektorda nə “Forza Neftçi”nin bannerləri gözə dəyib, nə də qrupun geyimindəki fanatlar.

Məlumat üçün bildirək ki, paytaxt təmsilçisi ölkə kubokunda mübarizəni dayandırandan sonra “forzalılar” sosial şəbəkə hesablarında bundan sonra komandaya dəstək verməyəcəklərini bildirublər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti