
“Biz Azərbaycanda yaşayırıq, ölkənin futbolunu kənarda izləyən, “ofsayd”da qalan insanlar deyilik.
Etiraf edək ki, “Qarabağ” istisna olmaqla, hansı baş məşqçinin istəyi ilə bütün transferlər həyata keçirilir?
Komandalarımızda yerli mütəxəssislərin çalışmalarının tərəfdarıyam. Hanısasa ölkədən yad bir məşqçini gətirib ona yüzminlərlə məvacib ödəməkdənsə, yerli çalışdırıclarla davam etmək daha yaxşı olardı.
Əziz futbol funksionerləri, idarəçilər!
Ola bilər ki, bir çoxlarınızın futboldan anlayışı yoxdur, amma tapşırıldığına görə onları siz idarə etməlisiz. Hər menecerin, qıraqda gəzib ortada yeyən, özünü “futbol dühası” kimi təqdim edənlərin hər çaldığı havaya oynamayın.
Yersiz yerə əcnəbi məşqçilər gətirib, torbalarla pul xərcləməyin. Yekunda əldə “0” qalır”.
Bu fikirləri “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində aparıcı ekspert Elçin Cəfərov deyib.
Tanınmış jurnalist klublarımızın legioner məşqçi sevdasından danışıb, gələcəkdə onların yarada biləcəkləri təhlükələrdən bəhs edib.
“Neftçi”də baş məşqçi Samir Abasova şans verilməsinin tərəfdarı olduğunu diqqətə çatdıran E.Cəfərov azərbaycanlı mütəxəssisin işinin çox çətin olduğunu diqqətə çatdırıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN