
«Neftçi» Höccət Haqverdiyə yeni müqavilə təklif edib.
Bakılılar 2023-cü ilin yanvarından komandanın formasını geyinən mərkəz müdafiəçisinə 1+1 illik kontrakt irəli sürüb.
Samir Abasovun bu istəyi əslən iranlı arxa xətt oyunçusunun ürəyincə olub. Amma o, gərək «ağ-qaralar»a bir qədər güzəştə getsin.
Söhbət maliyyə şərtlərindən gedir. Paytaxt təmsilçisi ona 200 min manatdan yüksək illik ödəmə etməkdə maraqlı deyil.
Höccətin fikirləşmək üçün çox vaxtı da yoxdur: bir neçə günə qəti cavabını bildirməlidir.
Sonuncu klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) və “Traktor“ (2021-2022) klublarında çıxış edib.
Millimizin heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub.
SPORTİNFO.AZ