“Sportinfo”nun əməkdaşlı “Neftçi”nin baş məşqçisini çətin vəziyyətə saldı – VİDEO

5 May 20:40 Neftçi 441
“Sportinfo”nun əməkdaşlı “Neftçi”nin baş məşqçisini çətin vəziyyətə saldı – VİDEO

Sumqayıt səfərindən 1 xalla qayıdan “Neftçi” bazar günü “Kəpəz” önündə məğlubiyyətdən son anda qaçdı.

Rauf Cabbarov penalti nöqtəsini göstərməsə, Emin Mahmudovun zərbəsi dəqiq olmasaydı, “ağ-qaralar” elitada qalmaq uğrunda mübarizə aparan rəqibinə məğlub olacaqdı.

Oyunsonrası mətbuat konfransında Samir Abasov ünvanlanan suallara “nə şiş yansın, nə kabab” ruhunda cavablar verməklə suların bulanmamasına çalışdı.

Lakin saytımızın əməkdaşı Həbib Aslanovun ünvanladığı sualın qarşısında hazırcavablığı ilə seçilən Abasov üçün sözün əsl mənasında çıxılmaz vəziyyətə düşdü.

Görüntüləri təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 02:50 Coşqun az vaxt aldı