
"Neftçi"də məşqçilər dəyişir, amma yaxşıya doğru dəyişən heç nə yoxdur".
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Samir Abasovun “ağ-qaralar”ın sükanı arxasında qalmalı olduğunu bildirib.
Tanınmış teleşərhçi deyib ki, tez-tez baş məşqçi dəyişikliyi heç bir komandaya uğur gətirmir.
Ona görə də paytaxt təmsilçisinin rəhbərliyi həm tədbirli, həm də səbrli davranmalı, ötən ilin oktyabrında sükan arxasına gətirdiyi mütəxəssisə daha bir mövsüm şans tanımalıdır.
Abbasov qeyd edib ki, əgər hazırkı çalışdırıcı yayda görəvindən alınsa, onu əcnəbi həmkarı əvəzləyəcək.
Bu isə uğurun əldə olunmasına zəmanət vermir, çünki yeni gələn əlavə\ vaxt istəyəcək, üstəlik, komandada böyük dəyişiklik aparacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN