“Neftçi”də SON DURUM: 5-i dəqiqləşib, 1-i sual altındadır

09:50 Neftçi 411
“Neftçi”də SON DURUM: 5-i dəqiqləşib, 1-i sual altındadır

“Neftçi” Premyer Liqanın 33-cü turunda öz meydanında “Kəpəz”i qəbul edəcək.

"Ağ-qaralar” əzəli rəqibi ilə oyuna ciddi itkilərlə çıxacaq.

Beş futbolçunun matçda iştirak etməyəcəyi dəqiqləşibsə, bir nəfərin durumu qeyri-müəyyəndir.

Rafael Quzzo, Emil Səfərov, Ryonosuke Ohori və Robert Bauer zədə səbəbindən qarşılaşmanı kənardan izləyəcəklər. Mustafa Sek isə sarı vərəqə limitini doldurdğu üçün iştirak ərizəsində yer almayacaq.

“Sumqayıt”la görüşdə zədə səbəbindən forma şansı qazanmayan Emin Mahmudov həftəiçi hazırlıqlarda fərdi şəkildə məşq edib.

Təcrübəli yarımmüdafiəçinin oynaynıb-oynamayacağına oyun günü aydınlıq gələcək. “11-lik” yer almayacağı dəqiqdir. Ən yaxşı halda meydana sonradan çıxa bilər.

Mayın 4-də “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti