
Azərbaycan futbol hakimliyindəki səhvlər sıralanmaqdadır.
VAR-ın tətbiq olunmasından sonra vəziyyətin yaxşıya doğru dəyişəcəyini gözləsək də, əksə yaşanır.
Ədalət təmsilçiləri bəzi hallarda VAR-ın xidmətinə ehtiyac duysalar da, qaydaların tələb etdiyi kimi, öz bildikləri şəkildə davranırlar.
Təqdim etdiyimiz görüntülər “Sumqayıt” – “Neftçi” matçındandır.
12-ci dəqiqə, hesab 0:0 olarkən “Sumqayıt”ın futbolçusu Alan Dias cərimə meydançasının daxilində ikili mübarizə zamanı topa sahib olmaq istəyərkən dizi ilə Edvin Kuçun təhlükəli yerinə açıq-aşkar zərbə endirir.
Fərid Hacıyev qayda pozuntusunun olmadığını düşünür, VAR-dakılar baş hakimə xəbərdarlıq etmir.
İkinci epizod “Neftçi”nin qol vurduğu vəziyyətdir. 78-ci dəqiqədə, sumqayıtlılar hesabda 2:1 öndə olarkən cərimə meydançasına asma edilir.
Top Ağadadaşın başı üzərindən aşaraq Ervin Koffinin önünə düşür, təcrübəli müdafiəçi dəqiq zərbə ilə toru siləkələyir.
Hacıyev qolu qeydə aldığı anda VAR-dan siqnal gəlir. Təxminən 3 dəqiqəni əhatə edən müzakirələrdən sonra “ağ-qaralar”ın qolu qeydə alınmır.
Halbuki topu cərimə meydançasına havalandırılanda “kürə” Ağadadaşın başına dəymədiyi üçün Koffi qolu qaydalar çərçivəsində vurur.
Epizodlara şərh verməyi, Azərbaycan hakimlıiyinə qiymət verməyi öhdənizə buraxırıq.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN