“Neftçi”də 100-dən artıq oyun keçirdi, uzun müddət sorağı gəlmədi, indi isə...

1 May 21:20 Neftçi 764
“Neftçi”də 100-dən artıq oyun keçirdi, uzun müddət sorağı gəlmədi, indi isə...

Aqil Məmmədov futboldan səssiz getdi.

Uzun illər “Neftçi”nin şərəfini qoruyan, futbolla da ötən ilin yayında ağ-qara formada vidalaşan təcrübəli qapıçıdan səs-soraq yoxdur.

Futbolçu karyerasına son qoyduğu dəqiqdir.

Bəs, 35 yaşında əlcəklərini mıxdan asan Məmmədov hardadır? Nə işlə məşğuldur?

Kiçik araşdırmadan sonra məlum oldu ki, Azərbaycan millisinin də qapısını qorumuş əslən naxçıvanlı qapıçı “Neftçi”dədir.

O, klubun futbol akademiyasında qapıçılar üzrə əlaqələndirici vəzifəsini yerinə yetirir. Karyerasını başa vurandan sonra ona belə bir iş təklif olunub, Məmmədov da razılıq verib.

“Neftçi”ylə Azərbaycan çempionu olan, “Bakı”nın heyətində iki dəfə ölkə kubokunun qalibi adını qazanan keçmiş qapıçı ağ-qara formada 112 oyunun iştirakçısı olub.

O, karyerası ərzində yetirməsi olduğu “Bakı”nın, eləcə də AZAL, “Qəbələ” və “Neftçi”nin uğurları üçün tərk töküb, Premyer Liqada 200-ə yaxın oyunda iştirak edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 May 10:40 AFFA-da yeni təyinat