"Samir Abasovun “Neftçi”də ən böyük səhvi Emin Mahmudovla bağlıdır" - VİDEO

14:00 Neftçi 864
"Samir Abasovun “Neftçi”də ən böyük səhvi Emin Mahmudovla bağlıdır" - VİDEO

“Samir Abasovun “Neftçi”də ən böyük səhvi Emin Mahmudovla bağlıdır“.

Bu sözlər futbol eksperti Emin Mahmudova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində ”ağ-qaralar”ın baş məşqçisinin Mahmudova yanaşmasından danışıb.

Bildirib ki, ötən ilin oktyabrda komandanın sükanı arxasına qayıtmış mütəxəssis kapitan sarğısını sözügedən yarımmüdafiəçiyə qaytarmamaqla, çox böyük səhvə yol verib.

2017-ci ildən ”Neftçi”nin formasını geyinən Mahmudovun liderlik keyfiyyətlərinə malik olduğunu və kolletiv daxilində elə bu cür də qəbul edildiyini xatırladan tanınmış teleşərhçi deyib ki, Abbasov onu fiziki və psixoloji cəhətdən formaya salmağı bacarmayıb.

Emindən kapitanlığının səbəblərinə dair ictimaiyyətdə çoxsaylı söz-söhbətlərin dolaşdığını vurğulayan ekspertin fikrincə, bu vəziyyət keçmiş kapitanın əhval-ruhiyyəsinə kifayət qədər mənfi təsir göstərib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti