Azərbaycanda futbolçunun başına pis iş gəldi, ölümdən döndü

1 May 2025 09:40 Neftçi 1 290
Azərbaycanda futbolçunun başına pis iş gəldi, ölümdən döndü

«Mingəçevir»də xoşagəlməz hadisə baş verib.

Bu barədə saytımıza komandadan bildirilib.

Futbolçuların redaksiyamıza söylədiyinə görə, olay məşq prosesinin gedişində yaşanıb.

Belə ki, qapıçı Emil Həbibov ikili mübarizdən sonra yerdə qalıb.

Onun dili qatlanıb. Həkimlərin və yoldaşlarının köməyi ilə gənc kiperi özünə gətirmək mümkün olub.

Həbibov I Liqanın 23-cü turunun «Baku Sportinq»lə oyununda ehtiyatda qalıb. O. öncəki tur Bayılda «Cəbrayıl»a qarşı 90 dəqiqə forma geyinib və qapısından iki top buraxıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti