"Neftçi"də uğursuz olan baş məşqçi bu klubdan da istefaya göndərildi

00:40 Neftçi 472
"Neftçi"də uğursuz olan baş məşqçi bu klubdan da istefaya göndərildi

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç yenə istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, monteneqrolu mütəxəssisin İranın "İstiqlal" klubundakı işi cəmi iki ay çəkib.

Fevralın 28-də baş məşqçi təyin edilən Bojoviçin fəaliyyəti klub rəhbərliyini razı salmayıb. Onun rəhbərliyi altında Tehran təmsilçisi Asiya Çempionlar Liqası ilə vidalaşıb.

Yerli çempionatda keçirilmiş 7 matçda isə "İstiqlal" qələbə qazana bilməyib. və cəmi 4 xal yığıb.

Bojoviç "İstiqlal" klubunun tarixinə bir dəfə də olsun qələbə qazana bilməyən yeganə məşqçi kimi düşüb. Paytaxt təmsilçisi hazırda 30 xalla 16 komanda arasında 11-ci pillədədir.

"İstiqlal" Bojoviçin baş məşqçi kimi dəyişdiyi 22-ci komanda olub.

Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb və uğursuz nəticələrdən sonra istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti